Ukraynada koronavirusa yoluxanların sayı 41 min nəfəri keçib

Ukraynada koronavirusa yoluxanların sayı 41 min nəfəri keçib

Ukraynada bu günədək koronavirus infeksiyasına yoluxanların sayı 41 117 nəfərə çatıb.

SİA-nın məlumatına görə, 1 086 nəfər həyatını itirib. Son sutka ərzində ölkə ərazisində 1 109 yeni yoluxma, 19 ölüm faktı qeydə alınıb.

18 299 nəfər sağalıb, 21 732 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, Ukraynada pandemiya ilə əlaqədar elan edilmiş karantin müddəti iyulun 31-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə