Tanzaniyada sərnişin bərəsinin aşması nəticəsində 10 nəfər batıb, 51 nəfər xəsarət alıb

Tanzaniyada sərnişin bərəsinin aşması nəticəsində 10 nəfər batıb, 51 nəfər xəsarət alıb

Tanzaniyanin hissəsinə aid olan Tanqanyika gölündə sərnişin bərəsinin aşması nəticəsində ən azı 10 nəfər batıb və 51 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Rayon Polis İdarəsinin rəisi Martin Otieno bildirib ki, 60-dan çox insanı daşıyan gəmi fırtınaya düşərək, aşıb və batıb. Gəmi Sibves və İkola liman şəhərləri arasında hərəkət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə