Ukraynada daşqınlar: 3 nəfər həlak olub

Ukraynada daşqınlar: 3 nəfər həlak olub

Ukraynanın qərbində bir neçə vilayətdə baş vermiş daşqınlar nəticəsində 3 nəfər həlak olub, daha bir nəfər itkin düşüb. SİA-nın məlumatına görə, aramsız leysan və daşqınlar İvano-Frankovsk, Çernovtsı, Lvov, Zakarpatye və Ternopol vilayətlərində qeydə alınıb.

300-ə yaxın yaşayış məntəqəsi su altında qalıb. 100 kilometrdən çox yol və 64 körpü dağılıb.

Daşqının fəsadlarının aradan qaldırılması üçün 1,6 minə yaxın xilasedici cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə