Rusiyada koronavirusdan ölənlərin sayı 8600 nəfəri keçib

Rusiyada koronavirusdan ölənlərin sayı 8600 nəfəri keçib

Rusiyada koronavirusa yoluxanların sayı 610 min nəfəri keçib. Ölkədə son sutka ərzində 7 113 nəfər virusa yoluxub, 92 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 613 994 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 605 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 375 164 nəfər virusdan sağalıb, 230 225 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə