"Polşa öz ərazisində daha çox ABŞ hərbçisini qəbul etməyə hazırdır" - Andjey Duda

"Polşa öz ərazisində daha çox ABŞ hərbçisini qəbul etməyə hazırdır" - Andjey Duda

Polşa öz ərazisində daha çox ABŞ hərbçisini qəbul etməyə hazırdır.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə mətbuat konfransı zamanı Polşa prezidenti Andjey Duda deyib.

A.Duda bildirib: "ABŞ qüvvələrinin Avropadan çıxarılmaması üçün prezidentə müraciət etdiyimi gizlətməyəcəyəm. II Dünya Müharibəsi başa çatdıqdan sonra ABŞ-ın Avropada olması - təhlükəsizliyin zəmanətidir".

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin Almaniyada yerləşdirilmiş hərbçilərinin bir hissəsini Polşa ərazisinə göndərəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə