Kolumbiyanın müdafiə nazirinin müavini yeni növ koronavirusa yoluxub

Kolumbiyanın müdafiə nazirinin müavini yeni növ koronavirusa yoluxub

Kolumbiyanın müdafiə nazirinin müavini Daniel Palasios yeni növ koronavirusa yoluxub.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə D.Palasios öz "Twitter" səhifəsində yazıb.

Nazir müavini bildirib: "Keçən həftə Barranquillaya səyahət etdim (Atlantiko departamentinin paytaxtı - red.). Bu gün səhər (iyunun 24-ü red.) koronavirusla əlaqədar testdən keçdim, testin nəticəsi müsbət oldu".

D.Palasion qeyd edib ki, hazırda o karantindədir.

Xatırladaq ki, Kolumbiyada koronavirusa 77 113 nəfər yoluxub, 2 491 nəfər isə koronavirusdan ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə