Pentaqon ABŞ-ın maliyyə sanksiyaları tətbiq edəcəyi Çin şirkətlərinin siyahısını hazırlayıb

Pentaqon ABŞ-ın maliyyə sanksiyaları tətbiq edəcəyi Çin şirkətlərinin siyahısını hazırlayıb

Pentaqon ABŞ-ın maliyyə sanksiyaları tətbiq edə biləcəyi "Huawei"də daxil olmaqla 20 Çin şirkətinin yer aldığı siyahı hazırlayıb.

SİA xəbər verir ki, bu barədə "Reuters" ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verir.

ABŞ tərəfinin sözlərinə görə, bu şirkətlər Çin Xalq Azadlıq Ordusu tərəfindən dəstəklənir.

"Reuters" bildirir ki, siyahıya "Huawei"dən əlavə "Hikvision", "China Mobile Communications Group", "China Telecommunications Corp.", "Aviation Industry Corp. of China" şirkətləri də daxil edilib.

Qeyd edilir ki, sənəd ABŞ Konqresinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə