Ermənistanda bir gündə 711 nəfər COVİD-19-a yoluxub

Ermənistanda bir gündə 711 nəfər COVİD-19-a yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 21 717 nəfərə çatıb. SİA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 711 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 14 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 386 nəfər koronavirusdan ölüb, 10 534 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə