Yaponiyada ölənlərin sayı 14 min 700-ü keçib

Yaponiyada ölənlərin sayı 14 min 700-ü keçib
Yaponiyanın Milli Polis Agentliyinin məlumatına görə, martın 11-də baş verən sunami və zəlzələ nəticəsində 11 min 704 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, agentliyin bu günə olan hesabatında bildirilir ki, hadisə zamanı Miyaqidə 8 min 842, İvatedə 4 min 302 və Fikusimada min 496 nəfər həlak olub. İtkin düşənlərin sayı 10 min 969, yaralananlar sayı isə 5 min 278 nəfərdir.
Yaponiyada təkanlar hələ də davam edir. Belə ki, bu gün Honsü adasında 4.7 baş gücündə zəlzələ baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə