Meksikanın Çiaua ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Meksikanın Çiaua ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Meksikanın Çiaua ştatında "Cessna" markalı yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

SİA xəbər verir ki, bu barədə Milenio qəzeti bildirib.

Məlumata əsasən, təyyarədə olan 6 nəfər, o cümlədən 13 yaşlı uşaq həlak olub.

Təyyarənin qonşu Sinaloa ştatına getdiyi məlumdur. Faciənin səbəbləri barədə məlumatlar açıqlanmayıb.

Qəzanın səbəbləri ilə əlaqədar araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə