Kreml bir sıra dövlət başçılarının Qələbə paradında iştirak edə bilməməsini anlaşıqla yanaşır
Kreml bir sıra dövlət başçılarının Qələbə paradına gələ bilməməsinə anlaşıqla yanaşır.
SİA xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu fikri jurnalistlərə bildirib.
O deyib ki, bir sıra dövlət başçıları koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən təntənəli tədbirlərdə iştirak edə bilmirlər. Kremlin nümayəndəsi vurğulayıb ki, həmin dövlət rəhbərləri əvvəlcədən Moskvaya gəlməyə razılıq vermişdilər. "Buna görə biz onlara minnətdarıq", - deyə o bildirib.
D.Peskovun sözlərinə görə, 10-a yaxın ölkənin dövlət başçısı Moskvada təşkil olunacaq paradda iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB