Meksikada 7,1 maqnitudalı zəlzələ olub, ölənlər var

Meksikada 7,1 maqnitudalı zəlzələ olub, ölənlər var

Meksikanın Oaxaka ştatında baş verən güclü zəlzələ nəticəsində 1 nəfər həlak olub.

SİA xəbər verir ki, bu barədə ştatın qubernatoru Alexandro Murat bildirib.

Qubernator deyib ki, ilkin məlumatlara görə, Krusesitas yaşayış məntəqəsində binanın çökməsi baş verib, nəticədə bir nəfər həlak olub, digəri yaralanıb.

Onun sözlərinə görə, təbii fəlakət bəzi bina və infrastrukturlara da zərər vurub.

Qeyd edək ki, Meksika Milli Seysmoloji Xidmətinin verdiyi məlumata görə, 7,5 bal gücündə zəlzələ Sakit okean sahillərində Krusesita kəndindən 23 km məsafədə 5 km dərinlikdə yerləşib. Zəlzələ paytaxt da daxil olmaqla ən az 5 bölgədə hiss edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə