Əhmədinejad 8 günlük fasilədən sonra gözə görünüb

Əhmədinejad 8 günlük fasilədən sonra gözə görünüb

İran prezidenti Mahmud Əhmədinejad 8 günlük fasilədən sonra vəzifəsini icra etməyə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İranın dövlət başçısı 1 may tarixində hökümətin iclasında iştirak edib.

 

Xatırladaq ki, bir neçə gün bundan öncə İranın ali dini lideri Ayətullah Əli Xameneyi ilə münasibətləri pozulduğu iddia edilən İran prezidenti Mahmud Əhmədinejadın İran parlamenti tərəfindən impiçment ediləcəyi bildirilirdi. M.Əhəmədinejaddan artıq 7 gündür, heç bir xəbər yox idi və deyilənə görə o, daha dövlət işlərinə qarışmırdı.

 

Qeyd edək ki, Suriyada azadlıq hərəkatına münasibətdə Suriya rejiminin tərəfini saxlayan İranda bu sürpriz proses Əsəd rejiminin ən böyük dəstəyini itirməsinə səbəb olacaq. Bu vaxta qədər Suriyada Bəəs rejiminin ən böyük dəstəkçisi məhz İran və nə qədər qəribə olsa da, İsrail idi.

Bütün xəbərlər Facebook səhifəmizdə