Tripolidə Qərb səfirliklərinə hücum edilib

Tripolidə Qərb səfirliklərinə hücum edilib

Liviyadakı Britaniya və İtaliya səfirlikləri NATO-nun Müəmmər Qəddafinin ailəsinin üzvlərinin ölümləri ilə nəticələnən hava zərbələrinə cavab olaraq hücumlara məruz qalıblar.

SİA-nın xəbərinə görə, Britaniya xarici işlər naziri Uilyam Huq səfirliklərə edilən hücumları pisləyib və bildirib ki, onu hökuməti Liviyanın Britaniyadakı səfirini qovacaq. O, diplomatik missiyaları hücumların Vyana Konvensiyasına zidd olduğunu bildirib.

İtaliya həmçinin Tripolidəki səfirliyinə hücum edildiyini təsdiqləyib. Rəsmi Roma Qəddafi hökumətini xarici səfirlikləri qorumamaqda ittiham edib. Əksər Qərb dövlətləri öz səfirliklərini Tripolidən bir neçə həftə əvvəl çıxarıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə