Odessada sərtlşdirilmiş karantin rejimi: tələblər və CƏRİMƏLƏR

Odessada sərtlşdirilmiş karantin rejimi: tələblər və CƏRİMƏLƏR

Ukraynada koronavirusa yoluxanlarının sayının sürətlə artması və onun qarşısının alınması ilə bağlı iyunun 22-dən etibarən Odessa şəhərində gücləndirilmiş karantin rejimi tətbiq olunur, qadağalar qüvvəyə minib. Küçədə şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədi olmadan gəzmək qadağan olunmaqla yanaşı, xüsusi statusu təsdiq edən sənədlər də olmalıdır. SİA xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazır. Bildirilir ki, individual qoruyucuların - respiratorların, ya da qoruyucu maskaların da ictimai nəqliyyatda, administasiya bnalarında və kütləvi yerlərdə insanların üzərində olması, geyinilməsi mütləqdir.

Şəhər nəqliyyatında sərnişinlərin sayı oturacaqların sayından çox olmamalıdır. Bu və s. tələblər pozularsa, həmin qaydaları pozucuları inzibati cəzalara məruz qalacaq.

Karantin müddəti dövründə vətəndaşların nəqliyyatdan az istifadəsi, insanların kütləvi şəkildə bir yerdə olmaması üçün iş yerlərində qısa rejimin tətbiq olunması və s. tələblər tövsiyə edilib. Uşaq müəssisələrinin və istirahət-sağlamlıq mərkəzlərinin də fəaliyyətinə qadağa qoyulub.

Tədbirlər zamanı isə iştirakçıların sayını 5 kv.m-ə bir insan olaraq məhdudlaşdırmaq, eyni zamanda 1,5 m ara məsafəsi saxlamaq tövsiyəsi verilib. Bu məsələlərdə tədbir təşkilatçıları cavabdehlik daşıyırlar.

Restoran və ictimai iaşə işlədənlərə isə tapşırılıb ki, masalar arasındakı məsafə 1,5 metrdən az olmamalı, habelə masalarda 4 nəfərdən artıq insan oturmamalıdır.

Məhdudiyyətlər dəniz çimərliklərində də tətbiq olunur. Xüsusilə, 1,5 metr ara məsafəsinin saxlanılması vacibliyi vurğulanır.

Bildirilir ki, karantin tələblərinin pozulduğu halda şəhər kommunalının əməkdaşları, rayon administrasiyaları monitorinq xidmətləri tərəfindən məsuliyyətə cəlb olunacaq və polis orqanlarına təhvil veriləcəklər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə