Tramp ölkənin sabiq prezidenti Barak Obamanı dövlətə xəyanətdə ittiham edib

Tramp ölkənin sabiq prezidenti Barak Obamanı dövlətə xəyanətdə ittiham edib

ABŞ prezidenti Donald Tramp ölkənin sabiq prezidenti Barak Obamanı dövlətə xəyanətdə ittiham edib.

SİA xəbər verir ki, bu barədə D.Tramp "CBN News" telekanalına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, B.Obama və adamları 2016-cı ildə onun seçkiqabağı kampaniyasına qarşı casusluq edib.

D.Tramp hesab edir ki, sabiq prezident onun danışıqlarına qulaq asıb: "Bu, dövlətə xəyanətdir <...> Onlar həm qulaq asırdı, həm də casusluq edirdi <...> Məlum oldu ki, mən haqlı idim".

Bütün xəbərlər Facebook səhifəmizdə