Qazaxıstan Prezidenti koronavirusa görə hökumətə təcili tədbirlərin görülməsini tapşırıb

Qazaxıstan Prezidenti koronavirusa görə hökumətə təcili tədbirlərin görülməsini tapşırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə koronavirusla bağlı vəziyyətin ağırlaşmasına görə hökumətə təcili tədbirlərin görülməsini tapşırıb.

Ölkədə bir gün ərzində COVID-19-a 507 yoluxma halı qeydə alınıb. Ümumilikdə, yoluxanların sayı 17 min 732-dir, 120 nəfər dünyasını dəyişib. Paytaxtdakı ağır epidemioloji vəziyyətlə əlaqədar uşaq bağçaları iyunun 23-dən bağlanacaq. Bundan əlavə, sabahdan etibarən şəhər poliklinikalarında müvəqqəti olaraq gündəlik xəstə qəbulları dayandırılır. Yalnız təcili yardım xəstələri və koronavirus infeksiyasının əlamətləri olan xəstələr qəbul olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə