Türkiyənin Bursa vilayətində daşqın nəticəsində iki nəfər həlak olub. SİA-nın məlumatına görə, bölgədə itkin düşən 4 nəfərin axtarışı davam edir.
Daşqın Bursa vilayətinin Kestel rayonunun Dudaklı, Narlıdere, Gölcuk, Sarıkaya, Kayacık və Aksu məhəllərində baş verib.
Hadisə yerinə daxili işlər naziri Süleyman Soilu gəlib. 257 nəfərdən ibarət axtarış-xilasetmə qrupu itkin düşən 4 nəfərin axtarışlarını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB