Serbiya prezidentinin rəhbərlik etdiyi partiya parlament seçkilərində qalib gəlib

Serbiya prezidentinin rəhbərlik etdiyi partiya parlament seçkilərində qalib gəlib

Serbiya prezidenti Aleksandar Vuçiç rəhbərlik etdiyi Serbiya Proqressiv Partiyasının (SPP) parlament seçkilərində qalib gəldiyini elan edib.

SİA xəbər verir ki, bu barədə siyasi təşkilatın qərargahından məlumat verilib.

Məlumata əsasən, prezidentin müraciəti truba çalanın ifası ilə başladı, ardınca SPP üzvləri "Qələbə, qələbə!" səsləndiriblər.

A.Vuçiç öz çıxışında deyib: "Biz hər yerdə, əvvəl məğlub olduğumuz yerdə də qələbə qazandıq. Berlində, Nyu Yorkda qazandıq, Moskvada 57%, Soçidə 95% səs topladıq!"

Bütün xəbərlər Facebook səhifəmizdə