Braziliyada koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 50 617-yə çatıb
Braziliyada son sutka ərzində daha 641 nəfər koronavirus infeksiyasına yoluxma nəticəsində ölüb, bununla da ölkədə virus qurbanlarının sayı 50 617-yə çatıb.
SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik tərəfindən son 24 saatda, həmçinin 17,4 mindən çox insanın COVID-19 infeksiyasının daşıyıcısı olduğu təsdiqlənib, beləliklə, indiyədək ölkədə koronavirusa yoluxanların sayı 1 085 038 nəfər olub. Epidemiyanın əvvəlindən Braziliyada təxminən 550 min nəfər müalicə olunaraq sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB