Türkiyə İraqın şimalına antiterror əməliyyatı çərçivəsində əlavə qüvvələr göndərib

Türkiyə İraqın şimalına antiterror əməliyyatı çərçivəsində əlavə qüvvələr göndərib

Türkiyə İraqın şimalına "Pəncə-Pələng" antiterror əməliyyatı çərçivəsində əlavə qüvvələr göndərib.

SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Bizim qəhrəman xüsusi təyinatlılarımız "Pəncə-Pələng" antiterror əməliyyatına qoşulmaq üçün sərhədi keçiblər".

Göndərilən xüsusi təyinatlıların sayı barədə məlumat verilmir.

Qeyd edək ki, "Pəncə-Pələng" əməliyyatı Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.

Xatırladaq ki, daha əvvəl Türkiyə İraqın şimalında "Pəncə-Qartal" əməliyyatı keçirib, əməliyyat zamanı PKK terrorq ruplaşmasının 81 obyekti məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə