Gürcüstanda son sutka ərzində koronavirusa 8 yeni yoluxma halı təsdiqlənib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 906-ya çatıb. Onların 755-i sağalıb, 14-ü isə vəfat edib. Aktiv koronavirus xəstələrinin sayı 137 nəfər təşkil edir. Hazırda ölkə üzrə karantində 2 710, stasionar nəzarətdə isə 269 nəfər saxlanılır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB