Suriyada hərbi avtobusun partladılması nəticəsində 8 əsgər həlak olub

Suriyada hərbi avtobusun partladılması nəticəsində 8 əsgər həlak olub

Suriyada içərisində 40 əsgər olan bir avtobus Deraa əyalət mərkəzinin yaxınlığında terrorçular tərəfindən qurulmuş minaya düşüb.

SİA xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı bildirib.

Məlumata əsasən, hücum nəticəsində 8 əsgər ölüb, daha 23 nəfər yaralanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım maşınları yaralıları Ezraa şəhərindəki hərbi xəstəxanaya çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə