Rusiyada koronavirusdan ölənlərin sayı 8 mini keçdi

Rusiyada koronavirusdan ölənlərin sayı 8 mini keçdi

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir. SİA-nın məlumatına görə, ölkədə son sutka ərzində 7 889 nəfər virusa yoluxub, 161 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 576 952 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 002 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 334 592 nəfər virusdan sağalıb, 234 358 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə