Mərakeşdə baş verən hadisədə "Əl-Qaidə" şübhəli bilinir

Mərakeşdə baş verən hadisədə "Əl-Qaidə" şübhəli bilinir
Mərakeş höküməti bildirib ki, 16 nəfərin ölümünə səbəb olan terror hadisəsi "Əl-Qaidə"nin terror üslübunu xatırladır. SİA-nın xarici mənbələrə istinadən verdiyi xəbərə görə, Mərakeşinin daxili işlər naziri Taeb Cherkaui jurnalistlərə bildirib ki, Argana kafesində baş verən partlayış uzaq məsafədən həyata keçirilib. Bomba ammonium nitrat, ammonium və triperoksid-triasetondan ibarət parlaq elementlərlə dolu olub.

Nazir bildirib ki, ölənlərin sayı 14 yox 16 nəfərdir. DİN-in məlumatına artıq 13 nəfərin kimliyi müəyyən edilib. Belə ki, onlardan 7-si fransız, iki kanadalı, ikisi mərakeşli, hollandiyalı və Biritaniyalı olub. Partlayışdan 23 nəfər ziyan çəkib.

Qeyd edək ki, kafedə partlayış cari ilin aprelin 28-də baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə