ABŞ silahlar üzərində nəzarət ilə bağlı danışıqlara Çin tərəfini də dəvət edib

ABŞ silahlar üzərində nəzarət ilə bağlı danışıqlara Çin tərəfini də dəvət edib

ABŞ prezidentinin xüsusi nümayəndəsi Marşal Billinqslinin 22-23 iyun tarixlərində Avstriyada Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov ilə silahlar üzərində nəzarət ilə bağlı danışıqları baş tutacaq.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ABŞ silahlar üzərində nəzarət ilə bağlı danışıqlara Çin tərəfini də dəvət edib: "M.Billinqsli Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə silahlar üzərində nəzarətin gələcəyi ilə bağlı qarşılıqlı razılaşdırılmış mövzuları müzakirə etmək üçün 22-23 iyun tarixlərində Avstriyaya yollanacaq. ABŞ Çin Xalq Respublikasına bu müzakirələrə qoşulmaq üçün açıq dəvət göndərib".

Bütün xəbərlər Facebook səhifəmizdə