AKP yenidən TBMM-nin sədri Mustafa Şəntopun bu vəzifəyə namizədliyini irəli sürəcək

AKP yenidən TBMM-nin sədri Mustafa Şəntopun bu vəzifəyə namizədliyini irəli sürəcək

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) yenidən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun bu vəzifəyə namizədliyini irəli sürəcək.

SİA xəbər verir ki, bunu AKP-nin parlamentdəki qrup rəhbəri Naci Bostancı bildirib.

Qeyd edək ki, TBMM sədri bu vəzifəyə iki il müddətinə seçilir. Mustafa Şəntopun parlamentin sədri vəzifəsindəki müddəti başa çatdığı üçün Türkiyə Böyük Millət Məclisi öz rəhbərini yenidən seçəcək. Seçkilərində hakim partiya ilə bir ittifaqda iştirak edən Milliyyətçi Hərəkat Partiyası (MHP) parlament sədri vəzifəsinə namizəd irəli sürməyəcək. MHP-dən verilən məlumata görə, bu partiyadan olan deputatlar sədr seçkisində AKP-nin namizədini dəstəkləyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə