Aİ ölkələri tərəfindən Yaponiyaya 400 ton həcmində yardım göndərilib

Aİ ölkələri tərəfindən Yaponiyaya 400 ton həcmində yardım göndərilib
Avropa İttifaqı Yaponiyada təbii fəlakət nəticəsində zərərçəkənlərı humanitar yardımla təmin etməyə davam edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırda Aİ ölkələri Yaponiyaya həcmi 400 ton olan 7 hissəli yardım göndəriblər. Yardımda Aİ-nın 19 ölkəsi iştirak edib ki, onlar zərərçəkən ölkəyə 114 min üst örtüyü, 7.8 min döşək, 90 min litr içməli su, radiasiya ölçmək üçün 50 cihaz göndəriblər.

Avropa Komissiyası və 13 Aİ ölkələri Yaponiyaya 17 milyon avro məbləğində maliyyə dəstəyi ilə təmin ediblər. Mart ayının sonunda Avropa Komissiyası 10 milyon avro maliyyə yardımı ayırıb. AK-nın məlumatına görə ən çox maliyyə yardımı Böyük Britaniya tərəfindən 1.706 milyon avro ayrılıb. İrlandiya, Avstriya, Niderland ayrı ayrılıqda Yaponiyaya 1 milyona avro maliyyə yardımı ayırıblar.
Qeyd edək ki, Yaponiyada dağıdıcı zəlzələ cari ilin mart ayında 9 bal gücündə baş verib. Zəlzələdən sonra yeraltı təkanlar aprel ayında da qeydə alınıb. Son məlumatlara görə, hadisədə 14 min 500 nəfər həlak olub,11 min 400 nəfər isə itkin düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə