Levon Ter-Petrosyan ABŞ rəsmisinə Ermənistandakı kriminal-oliqarx rejimdən danışdı
Ermənistanın ilk prezidenti, Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan bu ölkədə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanau ilə görüşüb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə ilk olaraq Ermənistanda növbədənkənar seçkilər məsələsi qiymətləndirilib.
Görüşdə həmçinin Ermənistandakı siyasi və sosial-iqtisadi böhranın aradan qaldırılması yolları, EMK-nin tələblərinin icrasından sonra iqtidarla dialoq imkanı, ölkədə kök atmış sui-istifadənin ləğv edilməsi, kriminal-oliqarx sistemdə islahatların aparılması, kiçik və orta ölçülü təşəbbüslər, kəndlilərin vəziyyətinin yaxşılaşması və onlar üçün əlverişli şərtlərin yaradılması, ifrat həddə çatan xarici köç məsələsi müzakirə edilib. Dağlıq Qarabağ problemi və Erməni-Türkiyə əlaqələrinin normallaşması perspektivləri də görüşün diqqət mərkəzində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB