Çuvaşiyanın keçmiş rəhbəri Mixail İqnatyev vəfat edib.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli telekanallar rəsmi məlumat yayımlayıb.
Qeyd edək ki, may ayının sonlarında M.İqnatyev Sankt-Peterburqda ikitərəfli sətəlcəm və ağciyər zədələnməsinin yüksək faizi ilə xəstəxanaya yerləşdirilib. Onun süni tənəffüz cihazına qoşulduğu bildirilir.
Xatırladaq ki, bu ilin fevral ayında Rusiya Prezidenti Vladimir Putin İgnatyevi yol verdiyi nöqsana görə vəzifəsindən azad etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB