Türkiyə MN İraqın şimalındakı əməliyyatlarda iştirak edən komandaların görüntülərini yayıb

Türkiyə MN İraqın şimalındakı əməliyyatlarda iştirak edən komandaların görüntülərini yayıb

Türkiyə Müdafiə Nazirliyi (MN) İraqın şimalındakı Pençe-Kaplan əməliyyatında iştirak edən komandaların görüntülərini yayıb.

SİA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu kadrlar nazirliyin rəsmi "Twitter" səhifəsində yayımlanıb.

Paylaşımda terrorçuların istifadə etdiyi sığınacaqların və mağaraların dağıdılması görüntüləri yer alıb. Əməliyyatın uğurla davam etdiyi bildirilir:

"Fasiləsiz axtarışları davam etdirən komandalarımız Haftanindəki PKK terror təşkilatının sığınacaqlarını və mağaralarını bir-bir məhv edir".

Bütün xəbərlər Facebook səhifəmizdə