Rusiyanın Murmansk vilayətinвэ istilik və isti su anbarжтda partlayış olub
Rusiyanın Murmansk vilayətinin Leninski rayonunda bölgəni istilik və isti su ilə təmin edən anbarda partlayış olub.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Bildirilib ki, partlayış zamanı anbarın əsas işlək mexanizmlərindən olan 4 silindrindən 3-ü sıradan çıxıb.
Hadisə zamanı heç kimin xəsarət almadığı bildirilib.
Qeyd edək ki, sözügedən anbar Murmansk vilayətinin istilik və elektrik sənayesində ən böyük müəssisədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB