Dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 7,9 milyonu keçib

Dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 7,9 milyonu keçib

Dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 7,9 milyonu keçib, 434 mindən çox insan isə ölüb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, COVID-19-a yoluxanların sayı 7 941791 nəfərə, ölənlərin sayı isə 434796 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün dünyada 118 502 yoluxma, 3255 ölüm hadisəsi qeydə alınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə