“Anlayın, çox keçmədən uçurumun kənarında dayanacaqsız” Qaqik Çarukyan

“Anlayın, çox keçmədən uçurumun kənarında dayanacaqsız” Qaqik Çarukyan

"Siz Dağlıq Qarabağ məsələsi barədə çox danışırsınız, amma heç biriniz belə deməyə çalışmısınız ki, bizə Dağlıq Qarabağın bir respublika olaraq beynəlxalq səviyyədə tanınması lazımdır". SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri parlament kürsüsündən “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Sarukyan deyib.

"Dinləyin, utanın. Bu gün ciddi problemlərimiz var və siz insanları aldadırsınız. Artıq vaxt yetişib", deyə Qaqik Sarukyan bildirib.

Çiçəklənən Ermənistan partiyasının lideri ölkənin gələcəyindən narahat olduğunu qeyd edib.

“Çantalarını” götürüb buradan ayrılmaq niyyətində olan insanlar varsa, bilsinlər ki, buradan ayrılacağımız yer yoxdur. Birliyə ehtiyacımız var. Anlayın, çox keçmədən uçurumun kənarında dayanırsınız”, deyə Qaqik Sarukyan səlahiyyətlilərə müraciətində deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə