Ağsaqqallar Şurasının “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü saxlanıldı
Ermənistan polisi “Çiçəklənən Ermənistan” müxalifət partiyasının lideri Qaqik Çarukyanı dəstəkləyən və aksiya keçirən vətəndaşları qovmağa davam edir. SİA Ermənistana məxsus aysor.am saytına istinadən verdiyi məlumata görə, polis Yerevan Ağsaqqallar Şurasının Çiçəklənən Ermənistan fraksiyasının üzvü Arman Nersisyanı saxlayıb.
Daha əvvəl də xəbər verilirdi ki, “Çiçəklənən Ermənistan” müxalifət partiyasının rəhbəri Qaqik Sarukyanı dəstəkləyərən məşhur idmançı, Ermənistanın əməkdar idman ustası Roman Amoyanı da polis saxlayıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB