Ermənistan parlamenti qarşısında gərgin vəziyyət yaranıb

Ermənistan parlamenti qarşısında gərgin vəziyyət yaranıb

Ermənistan parlamentinə yaxın ərazilərdə gərgin vəziyyət hökm sürür. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, gərgin vəziyyətə səbəb Ermənistan parlamenti qarşısına toplaşan aksiyaçılar səbəbindəndir.

Məlumatlarda qeyd olunur ki, Ermənistan Milli Məclisində “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Sarukyanın parlament toxunulmazlığından məhrum edilməsi məsələsi müzakirə olunur və vətəndaşlar buna etiraz olaraq küçədə aksiya keçirirlər.

Polis Baqramyan prospektində, həmçinin Dəmirçyan küçəsindəki parlamentin girişində insanları saxlayır. Sevgililər Parkında olan vətəndaşlar da saxlanılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə