Vətəndaşlar yük maşınları ilə küçələri bağladılar İrəvanda

Vətəndaşlar yük maşınları ilə küçələri bağladılar İrəvanda

İrəvana gedən bir sıra yol və küçələr yük avtomobilləri, avtobuslar və avtomobillər tərəfindən bloklanıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, İrəvan-Abovyan magistral yolu yük maşınları ilə bağlanıb.

Məlumata görə, hətta Avandan Myasnikyan prospektinə gedən yol da artıq bağlıdır. Taksi sürücüləri Dalma Malla aparan yolun bir hissəsini bağlayıblar. Maştospa prospekti də bağlıdır.

Xatırladaq ki, bu gün Ermənistan parlamentində baş prokuror Artur Davtyanın cinayət təqibi və Qaqik Sarukyanın parlament toxunulmazlığından məhrum edilməsi barədə vəsatəti müzakirə olunur. Ermənistan parlamentinə yaxın ərazidə gərgin vəziyyət mövcuddur. Polis artıq 50-yə yaxın etirazçını saxlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə