Rusiyanın Novosibirsk vilayətində hərbi poliqonda partlayış baş verib. SİA-nın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, partlayış faktının vilayətin Mərkəzi Hərbi İdarəsinin mətbuat xidmtəindən təsdiq ediblər.
Məlumata görə, partlayış təhlükəsizlik tədbirlərinin kobud pozulması nəticəsində artilleriya mərmisinin partlaması ilə baş verib. Hadisə nəticəsində 4 hərbçi yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, həyatı təhlükələri yoxdur.
Hərbi İdarənin komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə fakt üzrə araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB