ABŞ-ın federal hakimiyyəti ölüm cəzasını bərpa etməyi planlaşdırır

ABŞ-ın federal hakimiyyəti ölüm cəzasını bərpa etməyi planlaşdırır

ABŞ-ın federal hakimiyyəti cari ilin iyul ayında təxminən 20 illik fasilədən sonra ölüm cəzasını bərpa etməyi planlaşdırır.

SİA xəbər verir ki, bu barədə ABŞ ədliyyə nazirliyinin saytında xəbər verilib.

Bildirilir ki, ABŞ-ın baş prokuroru Vilyam Barr federal həbsxanalar bürosuna qətldə günahlandırılan dörd federal məhbus üçün edam cəzasının tarixlərini seçməyi tapşırıb.

Daha əvvəl edamların böyük dozada qəbul edildiyi zaman ölümə gətirən xüsusi dərmanın istifadəsi ilə keçiriləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə