ABŞ Almaniyadakı hərbi kontingentinin sayını 25 min nəfərə qədər azaldacaq - Tramp

ABŞ Almaniyadakı hərbi kontingentinin sayını 25 min nəfərə qədər azaldacaq - Tramp

ABŞ Almaniyadakı hərbi kontingentinin sayını 25 min nəfərə qədər azaltmaq niyyətindədir.

SİA xəbər verir ki, bu barədə Donald Trump Ağ Evdə "dairəvi masa" görüşü zamanı bildirib.

Qərarın səbəbi Almaniyanın amerikan hərbçilərinin yerləşdirilməsinə görə ödəmələri etməməsidir.

"Almaniya siz bildiyiniz kimi NATO-ya ödəmələr öhdəliklərini yerinə yetirmir. Onlar NATO-ya milyardlar borcludurlar və bunu gözəl bilirlər", - ABŞ prezidenti deyib.

Prezident, Almaniyadakı ABŞ hərbçilərinin sayının Berlinin onların yerləşdirilməsi üçün hesabları ödəmədiyi təqdirdə 25 minə endiriləcəyini bildirib. Hazırda Almaniyada təxminən 34,5 minlik ABŞ kontingenti saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə