İranın cənubundakı Fars əyalətində iki avtomobilin toqquşması sonradan yanğına çevrilib. Nəticədə 7 nəfər ölüb.
SİA xəbər verir ki, bu barədə “ISNA” agentliyi əyalətin fövqəladə hallar üzrə təşkilatının nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə Servestan şəhərində baş verib. Qəzada toqquşan “Nissan” və “Paykan” markalı avtomobillər sonradan yanmağa başlayıb. Nəticədə avtomobillərdəki bütün sərnişinlər, eləcə də üç uşaq ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB