Türkiyədə içərisində 8 nəfərin olduğu avtomobil gölə düşüb - 4 nəfər ölüb

Türkiyədə içərisində 8 nəfərin olduğu avtomobil gölə düşüb - 4 nəfər ölüb

Türkiyənin Ərzincan vilayətində mikroavtobus gölə düşüb.

SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, 62 yaşlı Mehmet Dilin idarə etdiyi avtomobil Kəmaliyə ilçəsindəki Şirzı körpüsündən Qarasu gölünə yuvarlanıb.

Əraziyə xilasedicilər çağırılıb və göldən 4 nəfərin meyiti çıxarılıb. Xəsarət alan digər 3 nəfər isə çıxarılaraq xəstəxanaya çatdırılıb. Yaralananların verdiyi ifadə əsasında avtomobildə 8 nəfərin olduğu müəyyən edilib və sürücünün gölə düşmüş avtomobildə qaldığı dəqiqşləşdirilib. Hazırda onun cəsədinin də çıxarılması üçün xilasetmə işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə