Moskvada pnevmoniya diaqnozu qoyulan daha 52 xəstə vəfat edib

Moskvada pnevmoniya diaqnozu qoyulan daha 52 xəstə vəfat edib

Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı edilən testlərin müsbət çıxdığı daha 52 xəstə vəfat edib.

SİA xəbər verir ki, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 52 xəstə dünyasını dəyişib".

Ümumilikdə Rusiyanın paytaxtında koronavirusdan 3 386 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə