Rumıniya Aİ ölkələri arasında yol qəzalarında ölüm hallarının sayına görə birinci yeri tutur

Rumıniya Aİ ölkələri arasında yol qəzalarında ölüm hallarının sayına görə birinci yeri tutur

Rumıniya Avropa İttifaqı (Aİ) ölkələri arasında yol qəzalarında ölüm hallarının sayına görə birinci yeri tutur.

SİA Avropa Komissiyasının məruzəsinə istinadla xəbər verir ki, Rumıniyada 1 milyon nəfərə 96 ölümlə nəticələnən yol qəzası baş verib. Aİ-də ümumiyyətlə 2019-cu ildə 22 min 800 nəfər yol qəzasında vəfat edib. Bu, 2010-cu illə müqayisədə 23 faiz, 2018-ci illə müqayisədə isə 2 faiz azdır. Aİ-də orta rəqəm isə 1 milyon əhaliyə 51 ölümdür. Bu nəticə dünyada yolda qəzalara görə Avropa İttifaqını ən təhlükəsiz məkan olduğunu sübut edir. Aİ-də ən təhlükəsiz ölkələr sırasında siyahıda İsveç 1 milyon əhaliyə 22 ölüm və İrlandiya 1 milyon əhaliyə 29 ölümlə dayanır. Digər tərəfdən isə Aİ daxilində ən çox ölüm Rumıniyada 1 milyon əhaliyə 96 ölüm, Bolqarıstanda 89 ölüm və Polşada 77 qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə