Lavrov Qətər xarici işlər naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Lavrov Qətər xarici işlər naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə, Qətərin xarici işlər naziri Məhəmməd bin Abderrahman Al Thani arasında telefon danışığı olub. SİA RİA Novostiyə istionadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytındakı şərhdə informasiya verirlir.

İnformasiyada qeyd olunur ki, tərəflər iki ölkə arasında əməkdaşlığın inkişafı və beynəlxalq gündəmdəki əsas mövzuları müzakirə ediblər.

"Rusiya və Qətər əlaqələrinin daha da inkişaf etdirilməsinin aktual problemləri, o cümlədən iki ölkə arasında işgüzar əməkdaşlığın, mədəni və humanitar və digər əlaqələrin dərinləşdirilməsi maraqları istiqamətində birgə səylərin yaradılması müzakirə edilib" deyə Rusiya Xarici İşlər Nazirliyinin saytındakı şərhdə bildirilir.

Bildirilir ki, söhbət zamanı Moskva və Dohanın əhval-ruhiyyəsi təsdiqlənib və ikitərəfli, eyni zamanda beynəlxalq gündəmin əsas mövzuları üzrə müntəzəm dialoq davam etdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə