“Yaxşı heç nə yoxdur” Aksiya iştirakçısının etirafı

“Yaxşı heç nə yoxdur” Aksiya iştirakçısının etirafı

Ararat bölgəsinin bir neçə icma sakinləri bu gün Ermənistanın hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, mitinq iştirakçıları nəqliyyat məsələsini həll etməyi tələb edirlər. Bildirilir ki, digər bir rayon sakini su təchizatı probleminin həlli ilə bağlı tələb irəli sürürlər.

"Xahiş edirəm ki, kimsə bu şüşədəki suyun müayinəsini aparsın və bu suyu içməyin mümkün olub olmadığına cavab versin. Bu suyu içə biləcəyimizi söyləsinlər və öz uşaqları, bütün deputatların və məmurların övladları da bu suyu içərsə, onda mənim uşağım və digər uşaqlar da içəcəklər", deyə aksiya iştirakçısı Tatevik Avetisyan bildirib.

Onun dediyinə görə, hamı birlikdə hər şeyin yaxşı olacağına ümid edərək Nikol Paşinyanı seçdilər, amma heç də belə olmadı və yaxşı bir şey görünmür.

“Uşağımla birlikdə küçələri bağladım, gecələri yollarda keçirdim ki, Paşinyan hakimiyyətə gəlsin və ümid edirdik ki, bəlkə yaxşı yaşadıq. Ancaq bu gün yaxşı bir şey görmürəm", deyə alsiya iştirakçısı narazılığını gizlətməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə