Ermənistanda son 24 saatda virusdan 16 nəfər ölüb

Ermənistanda son 24 saatda virusdan 16 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 17 064 nəfərə çatıb. SİA xəbər verir ki, son sutka ərzində 397 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 16 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 285 nəfər koronavirusdan ölüb, 10 409 nəfərin müalicəsi isə davam edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,9 milyonu ötüb, bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 435 mindən çoxu isə ölüb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə