COVID-19-a yoluxanların sayı 879-a çatdı Gürcüstanda

COVID-19-a yoluxanların sayı 879-a çatdı Gürcüstanda

Gürcüstanda son sutka ərzində koronavirusa 15 yeni yoluxma halı qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə virusa yoluxanların ümumi sayı 879-a çatıb. Hazırda Gürcüstanda 2710 nəfər karantində saxlanılır, 267 xəstə stasionar şəraitdə müalicə olunur. Bu günə kimi 704 nəfər infeksiyadan sağalıb, 14 xəstə vəfat edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə