Rusiyanın Saratov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib - 2 nəfər ölüb

Rusiyanın Saratov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib - 2 nəfər ölüb

Rusiyanın Saratov vilayətində Lısoqorski rayonunun Kaspi-Don-Tambov-Volqoqrad-Astraxan magistral yolunun 692-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Regional Yol Polisi İdarəsi məlumat yayıb.

İlkin məlumatlara görə, 1977-ci il təvəllüdlü qadın sürücünün idarə etdiyi “Ford Focus” markalı avtomobillə 1971-ci il təvəllüdlü sürücünün idarə etdiyi “Skoda Octavia” markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Skoda"nın sürücüsü və 1986-cı il təvəllüdlü sərnişini aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan "Ford"un sürücüsü və sərnişini isə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə