İtaliyada son sutkada COVID-19 epidemiyasından ölənlərin sayına daha 44-ü əlavə olunub
İtaliyada son sutka ərzində COVID-19 epidemiyasından 44 nəfər ölüb. Yoluxma hadisələrinin sayı isə 338 olub.
SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Agentliyi məlumat yayıb.
Ölkə üzrə ölənlərin ümumi sayı 34345-ə çatıb.
Bildirilib ki, İtaliya yeni virusdan ölüm sayına görə, ABŞ, Britaniya və Braziliyadan sonra dünyada dördüncüdür.
Yoluxma hadisələrinin ümumi sayı isə 236989-a yüksəlib. İtaliya bu göstərici ilə ABŞ, Rusiya, Braziliya, İspaniya, Britaniya və Hindistandan sonra dünyada yeddinci yerdədir.
Artıq 176370 nəfərin sağaldığı qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB